Manufacturing and Distribution

İstehsal və Satış

Sənaye yönümlü xidmətlər və həll yollarını özündə əks etdirən biznesinizi qlobal bazarda inkişaf etdirmək üçün mövqeləndirin.

İstehsal və Satış

“ABAK-Az Crowe Ltd” komandası qloballaşma, dəyişən qanunlara riayət edilməsi, konsolidasiya və xüsusilə istehsal və satış sektoru üçün nəzərdə tutulmuş müxtəlif məsələlərin həllində sizə kömək edə bilər.


Mühasibat uçotu

“ABAK-Az Crowe Ltd” maraqlı tərəflərə xidmətlərini genişləndirmək, yeni bazarlara çıxmaq və yeni şirkətlərlə əlaqə qurmaq üçün iqtisadi məlumatları hazırlamağa kömək edə bilər.

Müəssisələrin kapitalının təhlükəsizliyi üçün etibarlı maliyyə hesabatı vacibdir. Auditorlarımız bu öhdəliklərdən xəbərdardırlar və obyektiv, əhəmiyyətli qiymətləndirmə apararaq sizi məlumatlarızı aydın və diqqətlə nümayiş etdirdiyinizə əmin edirlər.

Vergi

İstehsalçılar və satış mütəxəssisləri dünya iqtisadiyyatında gəlirlərini və rəqabət qabiliyyətlərin qorumaq üçün effektiv vergi siyasətini həyata keçirirlər. “ABAK-Az Crowe Ltd”nin vergi xidməti üzrə çalışan mütəxəssiləri işiniz üçün potensial amilləri müəyyənləşdirməyə kömək etmək məqsədilə dünya miqyasında istehsal və satış sahəsində  təcrübəsini təklif edir.

Xərclərinizə nəzarət edin və imkanlardan yararlanın.

Vergitutma baxımından mürəkkəbliyi azaltmaq üçün inventarizasiya əməliyyatları, əmək təcrübələri, təchizat zənciri geniş imkanlar yaradır.

“ABAK-Az Crowe Ltd” təklif edir:

  • Hərtərəfli milli və beynəlxalq vergi hüququ təcrübəsi
  • İstehsal və satış sənayesində geniş təcrübə
  • İnkişaf etmiş texnoloji vasitələr
  • Son vergi islahatının geniş təfsiri

 

İnformasiya Texnologiyaları

İT sisteminizi istehsal, satışın planlaşdırılması və əməliyyatlar zamanı səmərə əldə etmək üçün funksionallaşdırın.

İT planlaşdırması və investisiyasına işin sadələşdirilməsi, dəyişikliyə cavab verilməsi və resursların səmərəli istehsalının planlaşdırılması daxildir. “ABAK-Az Crowe Ltd” komandası istehsal və təzcihat prosesini tənzimləyən İT mexanizmləri haqqında hərtərəfli məlumat verərək sizə kömək edə bilər.

İnnovasiya üçün cari İT sisteminizi yenidən təyin edin.

“ABAK-Az Crowe Ltd”nin İT mütəxəssisləri strateji planlaşdırma, sistem seçimi, təhlükəsizlik və fəaliyyətin ölçülməsinə kömək etmək üçün istehsal və satış sahəsində uzun illərin təcrübəsinə malikdir.

İstehsal və satış prosesində riski azaldın və gəlirləri artırın.

Bu günün İT texnologiyaları orijinal və ölçülə bilən keyfiyyətli fəaliyyət həyata keçirə bilir. “ABAK-Az Crowe Ltd” mütəxəssisləri düzgün İT strategiya planını hazırlayaraq prosedurlarınızı yaratmaqda və optimallaşdırmaqda sizə kömək edə bilər.

Birləşmə və Satınalmalar (M&A)

Şirkətiniz əsas inkişaf strategiyasının bir hissəsi kimi birləşmə və satınalma (M&A) məsələləri ilə bağlı sövdələşmələrinə əhəmiyyətli vaxt və vəsait ayıra bilər. “ABAK-Az Crowe Ltd” sizə çətinliklərin gedişatında və birləşmə və satınalma əməliyyatının bütün mərhələlərində kömək edə bilər.

Birləşmə və satınalamalarla bağlı olan  işinizin bütün aspektlərini effektiv şəkildə “ABAK-Az Crowe Ltd”nin  köməyi və peşəkar təcrübəsi ilə idarə edin.

İstehsal və satış sənayesi üçün birləşmə və satınalma xidmətləri:

  • Due diligence
  • Birləşmə və satınalma (M&A) inteqrasiyası
  • Vergi quruluşu
  • Qiymətləndirmə
  • Mülkiyyət hüququnun təhvil verilməsi
Fəaliyyətin İnkişafı

İstehsal və satış prosesinin rentabelliyini artırmaq üçün sübut edilmiş yanaşmalarla nəticələri ölçün.

“ABAK-Az Crowe Ltd” komandası keyfiyyətsiz işin əsas səbəblərini müəyyənləşdirmək üçün sübut olunmuş metodlarlardan istifadə edir.

Xidmətlərimiz:

Fəaliyyətin mükəmməlliyi

“ABAK-Az Crowe Ltd” təşkilatınızın fəaliyyəti standartlarınıza cavab vermədiyi təqdirdə səmərəliliyi artırmağa kömək edəcəkdir. Uzunmüddətli maliyyə səmərəliliyinə nail olmağın yeni yollarını tapmaq üçün əməkdaşlıq edə bilərik.

Strateji nəticələr

  • Prosesləri tənzimlənməsi
  • Gəlirin yaxşılaşdırılması
  • Xərcin azaldılması
  • İdarəetmənin təkmilləşdirilməsi
  • Təkmilləşdirilmiş xərc strukturunun hazırlanması

Strateji mənbələr

Satınalmanı artırmaq üçün strateji yanaşmaya ehtiyac vardır. “ABAK-Az Crowe Ltd” xərclərinizi təhlil etməyinizə kömək edir və təhlükəsizlik fəaliyyətinə, satışa və ya müştəri xidmətlərinə zərər vermədən səmərəliliyi artırmağa imkan verən satışın idarə olunması barədə məlumat verir.