Crowe global

Crowe Global

Crowe Global dünyanın 130 ölkəsində fəaliyyət göstərən 200-dən çox müstəqil audit və məsləhət xidməti firmalarının təşkil etdiyi dünyanın səkkizinci audit şəbəkəsidir.

Crowe Global

Bizim aparıcı mütəxəssislər dövlət, tənzimləyici orqanlar və sənaye qrupları ilə  qlobal miqyasda peşənin gələcəyini formalaşdırmaq və beynəlxalq layihələr həyata keçirən müştərilərə xeyir vermək üçün çalışırlar.

Crowe Global şəbəkəsinin üzvləri gündəlik fəaliyyətlərində ciddi keyfiyyət nəzarəti təmin edərək qüsursuz xidmət, yüksək inteqrasiyalı icra prosesləri və ümumi dəyərlərə sadiqlik nümayiş etdirməyə borcludurlar. Hər bir firma öz yerli biznes icmasında liderdir və milli kadrlarla təmin olunmuşdur. Müştərilərin yeni müəssisələrin yaradılması və ya digər ölkələrdə genişlənmək layihələri kimi təşəbbüslərini yerli qanunvericilik və qaydalarla yaxından tanış olan professionallar dəstəkləyir.

Crowe Global firmaları bütün sektorlarda özəl müəssisələrə və səhmdar cəmiyyətlərə göstərdiyi xidmətlərinə görə tanınır və aşağıdakı sahələrdə daha yüksək beynəlxalq nüfuza malikdir:

Hüquqi və konstitutsional struktur

Crowe Global, öz müştərilərinə peşəkar xidmətlər göstərilməsi ilə əlaqədar  “Crowe” adını istifadə etmək üçün lisenziyalaşdırılmış müstəqil və xüsusi  mülkiyyətdə olan audit və məsləhət xidməti firmalarının beynəlxalq şəbəkəsidir.

Crowe Global, İsveçrə qanunlarına əsasən və özünümaliyyələşdirmə prinsipləri ilə fəaliyyət göstərən Verein (Assosiasiya) kimi təsis edilib. O, professional fəaliyyət göstərmir və öz adından peşəkar xidmətlər təqdim etmir.

Crowe Global tamamilə üzv şirkətlərə məxsusdur və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York ştatının qanunvericiliyinə əsasən təsis edilmiş törəmə şirkəti vasitəsilə fəaliyyət göstərir. Baş  Ofis Nyu–York şəhərində yerləşir.

Crowe Global, Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının (MBESŞ) Etika Məcəlləsinin müəyyənləşdirdiyi kimi və Şirkətlər Forumunun üzvü olaraq “şəbəkə” hesab edilir.

Liderlər, Direktorlar Şurası və İdarəetmə

Direktorlar Şurası (“Şura”) Crowe Globalın idarəetməsinə cavabdehdir. Şura strategiyanın və siyasətin qurulması daxil olmaqla, şəbəkənin fəaliyyətinə nəzarət edir. Baş İcraçı Direktor istisna olmaqla, İdarə Heyəti Crowe Globalın üzv şirkətlərini təmsil edən şəxslərdən ibarətdir.

İdarəetmə Komitəsi Şura tərəfindən ona verilmiş məsuliyyət və səlahiyyətlərə əsasən fəaliyyət göstərir və şəbəkə əməliyyatlarının gündəlik idarə edilməsinə nəzarət edir. Komitə Baş İcraçı Direktordan, Baş Əməliyyat Direktorundan, şəbəkənin regional idarəçilərindən, şəbəkənin Beynəlxalq Mühasibatlıq və Audit və Beynəlxalq Vergi Direktorlarından ibarətdir.